“Əl Qaidə”dən növbəti qətliam: 43 əsgər öldürüldü

“Əl Qaidə”dən növbəti qətliam: 43 əsgər öldürüldü backend

Somalidə Efiopiya ordusunun hərbi bazası terrorçuların hücumuna məruz qalıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Qaidə”nin Somali qanadı sayılan “Əş-Şabab” qruplaşmasının təşkil etdiyi hücum zamanı azı 43 efiopiyalı hərbçi öldürülüb.

Qruplaşmanın rəsmisi Əbdüəsis Əbu Musa hücumda 10 nəfər itki verdiklərini də vurğulayıb.

Xatırladaq ki, Somalidə 1991-ci ildən vətəndaş müharibəsi davam edir.