Dünyanın ən bahalı brendləri açıqlandı

Dünyanın ən bahalı brendləri açıqlandı backend

2016-cı ilin ən bahalı brendi “Google” korporasiyası olub. İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumata görə, bu barədə “Millward Brown” şirkətinin dərc etdiyi illik reytinqdə deyilir.


“Google” korporasiyası 229,2 milyard dollar dəyərində qiymətləndirilir. Bu sənədə əsasən, “Apple” korporasiyası ikinci sıraya düşüb, üçüncü yeri isə 2015-ci ildə olduğu kimi,“Microsoft” korporasiyası tutub.

Bundan başqa, dünyanın ən bahalı brendlərinin top onluğuna “AT&T (+20%, $107,4 milyard), “Facebook” sosial şəbəkəsi (+44%, $102,5 milyard), “Visa” maliyyə şirkəti (+10%, $100,8 milyard), onlayn riteyl şirkəti olan “Amazon” (+59%, $98,9 milyard), “Verizon” telekommunikasiya şirkəti (+8%, $93,2 milyard) kimi bir çox telekommunikasiya nəhəngləri daxildir.