Kənd təsərrüfatı nazirinin üç müavini işdən çıxarıldı -ERMƏNİSTANDA

Kənd təsərrüfatı nazirinin üç müavini işdən çıxarıldı -ERMƏNİSTANDA backend

Ermənistan baş naziri Ovik Abramyanın qərarı ilə üç nazir müavini tutduqları vəzifələrindən azad edilib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən Qrişa Baqramyan kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsindən, Samvel Qalstyan və Qarnik Petrosyan isə - kənd təsərrüfatı naziri müavinləri vəzifələrindən azad olunublar.