Meksikada keçirilən avtomobil yarışında dəhşətli qəza baş verib.
Qaziler.az ATV.az-a istinadən bildirir ki, torpaq yolda maşınlardan biri nəzarətdən çıxaraq tamaşaçıların üzərinə istiqamətlənib. Tamaşaçıları vuran maşın insan tələfatına yol açıb.Həvəskar kameradan anbaan lentə alınan görüntülərdə tamaşaçıların sürətlə hərəkət edən avtomobilin qarşısında bir anda ölümlə üzləşdiyi öz əksini tapır. 8 yaşlı bir uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun anası isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə həkim nəzarətinə götürülüb. Yaralanan daha bir nəfərin şəxsiyyəti açıqlanmayıb.
Amerikalı Tod Pedersonun idarə etdiyi maşının hansı səbəbdən nəzarətdən çıxdığı qaranlıq olaraq qalır. Polis nəzarətinə götürülən sürücü ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Bununla belə tələfatla nəticələnən qəza ilə bağlı araşdırmalar davam edəcək.