Abdullah Gülün mühafizəçisi Mardindəki terrorda ölüb

Abdullah Gülün mühafizəçisi Mardindəki terrorda ölüb backend

Mardin vilayətinin Midyat rayonunda törədilmiş terror aktı zamanı ölən qadın polis əməkdaşlarından biri vaxtilə Türkiyənin sabiq prezidenti Abdullah Gülün mühafizəçisi olub.

Qaziler.az-ın məlumatına görə, "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Şerife Özden Kalmış xüsusilə Türkiyənin 11-ci prezidenti Abdullah Gülün həyat yoldaşı Hayrunnisa Gülü qoruyub.
Hadisədən sonra Midyat Dövlət Xəstəxanasına qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Şerife Özden kalmışın 6 aylıq hamilə olduğu da müəyyənləşib.
Qeyd edək ki, bu gün Türkiyənin Mardin vilayətində Midyat Rayon Polis İdarəsinə yönəlik terror hücumu nəticəsində 5 nəfər həlak olub, 51 nəfər yaralanıb.