ABŞ və Kuba xüsusi xidmət orqanları ilk dəfə olaraq terrorçuluqla mübarizə üzrə ekspertlərinin görüşünü keçirəcəklər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında bildirilir.
“ABŞ və Kuba ilk dəfə olaraq iyunun 8-də Havanada terrorçuluqla mübarizə sahəsində təcrübə mübadiləsinə dair danışıqlar aparacaqlar”, - deyə məlumatda bildirilir.ABŞ nümayəndə heyətində Federal Təhqiqatlar Bürosu, Gömrük və Sərhəd Nəzarəti Xidmətləri, Daxili Təhlükəsizlik Nazirliyi və Dövlət Departamentinin əməkdaşları təmsil olunacaqlar.