Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 24-də Kubaya işgüzar səfər edəcək. APA-nın məlumatına görə, bu barədə Rusiya xarici işlər idarəsinin rəsmi saytında bildirilir.
Qeyd olunur ki, səfər Rusiya və Kuba arasında diplomatik əlaqələrin bərpasının 55-ci il dönümü ərəfəsində baş tutacaq. Tərəflər əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaq, beynəlxalq və regional xarakterli məsələləri nəzərdən keçirəcək, ikitərəfli münasibətlərin müxtəlif aspektlərini müzakirə edəcəklər.