“Boko Haram” Nigerdə şəhər ələ keçirib

“Boko Haram” Nigerdə şəhər ələ keçirib backend

“Boko Haram” terror qruplaşması Nigeriya-Niger sərhədində yerləşən Bosso şəhərini ələ keçirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, iyunun 4-ə keçən gecə yüzlərlə silahlı Bosso şəhərinə hücum edib.

Döyüşlər nəticəsində 30 Niger və 2 Nigeriya hərbçisi həlak olub, terrorçuların şəhəri ələ keçirməsinin qarşısı alınıb. Lakin bu gün şiddətli döyüşlərdən sonra Bosso şəhəri “Boko Haram”-ın nəzarəti altına keçib. İtkilər barədə məlumat verilmir.