Beynəlxalq KİV üçün bəyanatında “Qazaxıstan azadlıq ordusu” ölkənin qərbində - Aktobe şəhərində baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb. Virtualaz.org xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Xatırladaq ki, dünən, iyunun 5-də Aktobedə silahlı ekstremistlərlə güc strukturları arasında atışma baş verib, silah mağazalarından oğurluq hadisələri baş verib.Müraciətdə bildirilir ki, bu “Nazarbayev diktaturası”na qarşı “Qazaxıstanın demokratik inkişaf yolu tərəfdarlarının ilk döyüşü” idi.
Sözügedən təşkilatın özü və müraciətin ötürülmə yolları barədə məlumat verilmir.