Kreml Viktor Yanukoviçin oğlunun ölümü xəbərinə reaksiya verib

Kreml Viktor Yanukoviçin oğlunun ölümü xəbərinə reaksiya verib backend

Rəsmi Kreml Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu ölümü ilə bağlı xəbərlərə reaksiya verib. APA-nın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov oğul Viktor Yanukoviçin Baykal gölündə boğularaq ölməsi ehtimalı ilə bağlı məlumata malik olmadıqlarını açıqlayıb: “Mənim sadəcə deyə biləcəyim bir söz yoxdur. Mən bunu nə təsdiqləyə, nə də inkar edə bilərəm”.

Martın 22-də bəzi KİV oğul Viktor Yanukoviçin öldüyü barədə xəbər yayıb. Məlumata əsasən, onun və digər 5 nəfərin olduğu mikroavtobus qadağan olunmasına baxmayaraq, Baykal gölündə buzun üstü ilə hərəkətdə olarkən buz qırılıb və nəqliyyat vasitəsi suya batıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi zərərçəkmişlərin adlarını çəkmədən belə bir hadisənin baş verdiyini təsdiqləyib. Daha sonra ölənin Viktor Davıdov adlı şəxs olduğu barədə məlumat yayılıb. Oğul Viktor Yanukoviçin Rusiyada hansı soyadla yaşadığı məlum deyil.

Yalnız oğul Viktor Yanukoviçin ana nənəsinin familiyasının Davıdova olduğu bildirilir.
Diaspora