Sinqapurun “atası” öldü – 7 gün matəm

Sinqapurun “atası” öldü – 7 gün matəm backend

Sinqapur xalqının atası kimi tanınan Lee Kuan Yev 92 yaşında dünyasını dəyişib. Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir. Sinqapur hökumətinin yaydığı açıqlamada bildirilir ki, o, sətəlcəm diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Ümumiyyətlə, L.K.Yev 1959-cu ildə müstəqil olan Sinqapurda 31 il hökumətə rəhbərlik edib. Onun apardığı iqtisadi islahatlar Böyük Britaniyanın keçmiş müstəmləkəsini iqtisadi cəhətdən lider ölkələr sırasına çıxartsa da , Qərb ölkələrində "xalq atası"nı demokratik azadlıqlarını məhdudlaşdırmaqda günahlandırıb. Xatırladaq ki, Sinqapurda onun söz azadlığına qoyduğu məhdudiyyətlər bu gün də qüvvəsini itirməyib.
Diaspora