Türkiyədə məktəbliləri daşıyan avtobus kanala düşüb, 7 nəfər ölüb

Türkiyədə məktəbliləri daşıyan avtobus kanala düşüb, 7 nəfər ölüb backend

Türkiyənin Osmaniye əyalətində avtobusun suvarma kanalına aşması nəticəsində ən azı 7 nəfər ölüb.

Trend-in Habertürk qəzetinə istinadən verdiyi məlumata əsasən, avtobus şagirdlər və onların valideynlərini istirahətə apardığı zaman aşıb. Qəza sürücünün idarəetməni itirdiyindən baş verib.

Yaralılar xəstəxanalara yerləşdirilib, onların sayı məlum deyil.