Suriyanın Hələb şəhəri Rusiya ordusuna aid qırıcı təyyarələrin bombardmanına məruz qalıb.
Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, şəhərin müxalifətin nəzarətində olan Sahur ərazisində baş verən bombardman nəticəsində azı 8 dinc sakin həlak olub. Onlarla dinc sakin yaralanıb.Suriyadan Türkiyəyə hücum hazırlığında olan İŞİD-in hədəflərinə isə Türkiyə ordusu zərbələr endirib. Türkiyənin hava hücumları nəticəsində 14 terrorçu öldürülüb.