Türkiyə şirkəti İranda 7 elektrik stansiyası tikəcək

Türkiyə şirkəti İranda 7 elektrik stansiyası tikəcək backend

Türkiyənin Unit İnternational enerji şirkəti İranda 7 qaz elektrik stansiyası inşa edəcək.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, İranın Enerji Nazirliyi ilə əldə edilən razılaşmanın ümumi dəyəri 4,2 milyard dollardır. Bu barədə Reuters agentliyi məlumat yayıb. Elektrik stansiyalarının İranın yeddi müxtəlif ərazilərində tikiləcəyi bildirilir. Stansiyaların ümumi gücü 6,020 MVt təşkil edəcək. Tikinti işlərinə 2017-ci ilin birinci rübündə başlamaq nəzərdə tutulub.