Fransa su altında: ölənlərin sayı artır

Fransa su altında: ölənlərin sayı artır backend

Fransanın mərkəzi hissəsində daşqın nəticəsində 4 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Manuel Vals bildirib.

Bundan əvvəl 3 nəfərin həlak olduğu bildirilirdi.

M.Vals qeyd edib ki, Parisdə Sena çayında suyun səviyyəsi şənbə gününə keçən gecə pik həddə - 6,1 metrə çatıb. Bu, son 34 ildə rekord göstəricidir.

Daşqın qurbanlarının sayının artacağı istisna edilmir. Bir neçə min nəfər evlərindən təxliyə olunub, 10 minlərlə insan işıqsız qalıb.