Ukrayna Radasının deputatı Nadejda Savçenko “Şuster Live“ şousunun efirində bildirib ki, o siyasi məftunedici gəlin olmaq arzusunda deyil.
“Əgər mənim üzüm kirşanlansa ərə verilməli olan məftunedici gəlin, şahzadə olacam. İstəmirəm. İmkan verməyin mən daha betər olum. Bu gün manükür edəcəm, sabah “Lexus“a oturacam, sonra isə Ukraynanı satacam. Ən yaxşısı, qoyun mən ayaqyalın, piyada gəzim, çirkli olum, lakin nə lazımdırsa onu edim“, - deyə Savçenko qeyd edib.Xatırladaq ki, Donbasdakı rus jurnalistlərinin qətlində ittiham edilən Nadejda Savçenko Rusiyada 22 il müddətinə azadlıqdan məhrim edilmişdi. O, Rusiya prezidentinin 25 may tarixli fərmanı ilə əfv edilib.