Ermənilər martın 19-da itirdikləri 20 əsgərdən birinin də adını açıqladılar. Amma xalqın qəzəbindən qorxan Ermənistan hakimiyyəti itkilərini müxtəlif adlarla təqdim edir. Məsələn, sonuncu hadisdə öldürülən erməni əsgərini “naməlum səbəb”dən ölüb kimi təqdim edirlər. APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, hərbi hissələrin birində xidmət edən 1992-ci il təvəllüdlü Аyk Marqaryan ölüb.
Əsgərin ölüm səbəbinin müəyyənləşməsi üçün araşdırma başlanıldığı bildirilir.Qeyd edək ki, Ermənistan Ordusunda əsgərlərin xəstəlikdən ölməsi, bir-birini güllələməsi, hərbi hissəni özbaşına tərk etmələr ilə yanaşı “naməlum şəraitdə ölmələri” ilə bağlı da xəbərlər mütəmadi olaraq yayılır. Bu xəbərlərin əksəriyyəti sosial şəbəkələrdə yayılsa da, Ermənistan Müdafiə Nazirliyi xəbərlərin adətən mediada yayılmasının qarşısını alır. Qondarma “Dağlıq Qarabağ Respublikasının” qeydiyyatında olan əsgərlərin ölümü isə birmənalı olaraq Ermənistan ictimaiyyətindən və KİV-dən gizlədilir.