Hindistan Qanq çayının suyunu internetdə satacaq

Hindistan Qanq çayının suyunu internetdə satacaq backend

Hindistan sakinləri Qanq çayının müqəddəs suyunu poçt vasitəsilə əldə edə biləcəklər. İKT.lent.az-ın “Sinxua” agentliyinə istinadən məlumatına görə, Hindistanın İnformasiya və Teleradio Yayım Nazirliyinin Poçt Departamentinə bütün arzu edən insanları təmin etmək üçün Qanq çayının suyu ilə ticarət aparmağı təklif edib.

“Əgər poçtalyonlar mobil telefonları, sari, bər-bəzəkləri və geyimləri çatdıra bilirlərsə, niyə də onlar Qanq çayının suyunu çatdırmasınlar?”, - deyə Hindistanın informasiya və teleradio yayım naziri Ravi Şankar Prasad bildirib.

Artıq Hindistan poçtu məhsulların qutu halına salınması, həmçinin müqəddəs Qanq çayının ətrafında olan yerlərdən yığılan suyun butulkalara doldurulması və daşınması ilə məşğul olan şirkətlərlə danışıqlara başlayıb.

Bundan əvvəl isə bildirilib ki, “The New York Times” nəşri yeməyin daşınması ilə məşğul olacaq.