Türkiyə XİN Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” qətnaməsini qəbul etməsinə cavab olaraq bu ölkədən səfirini geri çağırıb. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, səfir Hüseyn Avni Karslıoğlu (əvvəl Bakıda səfir olub) bu gün axşam saatlarında İstanbula gələcək. Onun “məsləhətləşmələr üçün” geri çağırıldığı bildirilir. Hələlik Türkiyə prezidenti Ərdoğanın və hökumətin Bundestaqın qərarına reaksiyası məlum deyil. Bununla belə AKP sözçüsü Yasin Aktay Almaniya parlamentindəki səsvermənin iki ölkə münasibətlərinə ciddi zərər verdiyini deyib.
* * *
15:03
Virtualaz.org xəbər verir ki, qondarma “soyqırım” qətnaməsinə həm Xristian-Demokratlar, həm müxalifətdə olan Yaşıllar partiyasından olan deputatlar səs verib. Cəmi bir deputat qətnamənin əleyhinə çıxıb. Qətnamədə Osmanlı imperiyasının təkcə ermənilərə deyil, bütün xristianlara qarşı “soyqırım” törətdiyi iddia olunub. Bildirilir ki, 1915-1916-cı il hadisələrindən ermənilərlə yanaşı assuriyalılar, süryanilər, keldanilər kimi xristian azlıqlar da zərər görüb.