"Ruslayn" aviaşirkəti Azərbaycana uçuşlar yerinə yetirməkdən imtina edib. "APA-Economics" xəbər verir ki, bununla bağlı müvafiq qərar iyunun 1-də qəbul olunub.
Paralel olaraq, aviaşirkət Ermənistana, Ukraynaya və Özbəkistana uçmaqdan da imtina edib."Ural Hava Yolları" da bəzi MDB və Avropa ölkələrinə, habelə Monqolustan və Çinə uçmaq niyyətində deyil.
Ümumilikdə iyunun 1-dən Rusiyanın bəzi aviaşirkətləri 113 ölkəyə uçuşları dayandırıb.
Ekspertlər hesab edir ki, qərarın qəbul olunmasına səbəb qeyd edilən istiqamətlərə tələbatın az olmasıdır.