Avropa İttifaqına üzv ölkələr Gürcüstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi barədə qərarının verilməsini təxirə salıb.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə Reuters agentliyinə Avropa İttifaqındakı mənbə bildirib.Qeyd olunur ki, viza rejiminin sadələşdirilməsi sahəsində bu kimi qərar Türkiyə, Ukrayna və Kosovo-ya da şamil edilə bilər.
Qərarın Avropada yaşanan miqrant böhranı ilə əlaqədar olduğu vurğulanır.