Qroznıda misli görünməmiş leysan şəhəri gölə çevirdi

Qroznıda misli görünməmiş leysan şəhəri gölə çevirdi backend

Çeçenistanda göydən tam bir su sütunu şəklində yağan leysan şəhərin küçələrini gölə çevirib. QAZİLER.AZ Chechen canal-a istinadən xəbər verir ki, şəhərdə nəqliyyatın hərəkəti pozulub. Əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra elektrik yarımstansiyalarının fəaliyyəti müvəqqəti dayandırılıb.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün respublikanın müvafiq qurumlarının əməkdaşları səfərbər edilib.