Türkiyə sərhədində daha bir helikopterin vurulduğu iddia edilir.
Qaziler.az bildirir ki, ANS PRESS-in mıəlumatına görə Suriya Hava Qüvvələrinə məxsus helikopter Türkiyə sərhədində Qamışlı şəhərində yerə çırpılıb.Helikopterin müxalif qüvvələr tərəfindən vurulduğu iddia olunur.
Yerli sakinlərin sözlərinə görə, texniki problemlər səbəbindən yerə düşən təyyarənin pilotu və onun köməkçisi həlak olub.