OPEK prezidentinin qardaşı girov götürüldü

OPEK prezidentinin qardaşı girov götürüldü backend

Nigeriyanın cənubunda naməlum silahlı şəxslər ölkənin neft naziri, OPEK prezidenti Diyezani Alison Maduekenin kiçik qardaşı Cozef Aqamanı qaçırıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, silahlılar Aqamanı Bayels ştatının inzibati mərkəzi Yenaqoa şəhərində girov götürüb. Cinayətkarların kimliyi hələlik müəyyən edilməyib, araşdırma aparılır. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Diyezani Alison Madueke 2015-ci ilin yanvarın 1-dən OPEK-in rəhbəri təyin olunub. Diyezani Madueke təşkilatən tarixində bu vəzifəyə təyinat alan ilk qadındır.
Diaspora