İŞİD daha bir qədim abidəni məhv etdi

İŞİD daha bir qədim abidəni məhv etdi backend

İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul əyalətində qədim katolik monastırı partladaraq yerlə yeksan ediblər. QAZİLƏR saytının “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Daily Mail şahidlərə istinadən məlumat yayıb. Hadisə yerində güclü partlayışın törədildiyini bildirən yerli sakinlər sosial şəbəkələrdə abidənin qalıqlarının əks olunduğu fotoşəkilləri paylaşır.

“Mar Benham” monastırı bizim eranın IV əsrində övladlarını (oğlu Benham və qızı Sara) xristian dinini qəbul etdiklərinə görə qətlə yetirən Assuriya çarı Senhareb tərəfindən peşmanlıq rəmzi olaraq tikilib. Monastır keçən ilin iyulunda terrorçuların nəzarətinə keçib.
Diaspora