İsrailin baş naziri Binyamin Netanyahu Ameikanın MSNBC telekanalına müsahibəsində vəzifədə olacağı dövrdə İsrailin Fələstini tanımamaq barədə elan etdiyi qərarını dəyişib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Netanyahu Fələstin Dövlətinin tanınması yolu ilə Fələstin-İsrail münaqişəsinin davamlı və dinc yolla nizamlanmasını dəstəklədiyini qeyd edib. Onun sözlərinə görə, bunun üçün şərait tam dəyişilməlidir.
Qeyd edək ki, martın 18-də Netanyahunun lideri olduğu “Likud” partiyası Knessetdə çoxluğa nail olub.