Kasperski Laboratoriyası”nın sonuncu araşdırlarına əsasən məlum olub ki, USB kabel və port vasitəsilə smartfonları enerji ilə doldurmaq təhlükəlidir. İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, smartfon və kompüter birləşmə zamanı avtomatik olaraq eyni anda məlumat mübadiləsi aparır ki, bu da hakerlərin cihaza müdaxiləsini və ya daxil olmasını asanlaşdıra bilər.
Müasir cihazlar müasir həyat tərzi reallıqlarına daha da uyğunlaşdırılır. Bunun üçün də istehsalçılar bir çox hallarda smartfonların kompüter və noutbukdan USB portların vasitəsilə enerji yığmasını təklif edirlər. Ancaq heç kəs bu barədə düşünməyib ki, bu addım cihaz və onun yiyəsi üçün təhlükəli ola bilər.“Kasperski Laboratoriyası”nın əməkdaşları bildirib ki, smartfon və kompüter belə bir qoşulma nəticəsində avtomatik olaraq məlumat mübadiləsi edir. Bu fakt isə hakerlərə smartfondan məlumatları götürməyə, onlara təhlükəli proqramlar yükləməyə və bir çox digər işləri görməyə imkan verir. Bunun üçün də mütəxəssislər smartfonların bu yolla enerji ilə doldurulmasını məsləhət görmürlər.