"Microsoft" və "Facebook" Atlantik okean üzərindən internet kabelinin çəkilməsinə start verib. "APA-Economics" xəbər verir ki, bu barədə hər iki şirkətin rəsmiləri CNN telekanalının efirində bildirib.
Bildirilir ki, "Marea" adlanan kabelin ötürücülük qabiliyyəti saniyədə 160 terabit təşkil edəcək.İspaniyanın "Telefonica" şirkəti layihənin üçüncü tərəfdaşıdır.