“EgyptAir” A-320 təyyarəsinin “qara qutuları”nın axtarışına xarici şirkətləri cəlb etməyib

“EgyptAir” A-320 təyyarəsinin “qara qutuları”nın axtarışına xarici şirkətləri cəlb etməyib backend

Misirin “EgyptAir” şirkəti Aralıq dənizi üzərində qəzaya uğrayan A-320 təyyarəsinin “qara qutuları”nın axtarışına xarici şirkətləri cəlb etməyib və onun belə qərarlar qəbul etmək səlahiyyəti yoxdur.

Qaziler.az-ın AZƏRTAC-a istinadən bildirdiyinə görə, Misir KİV-ləri xəbər verir ki, bunu aviaşirkətin başçısı Safuat Müslüm bir qədər əvvəl dövlət televiziyasının yaydığı xəbəri təkzib edərkən deyib. Televiziyanın məlumatında deyilirdi ki, “EgyptAir” qara qutuların axtarışına İtaliya və Fransa şirkətlərini cəlb edib.