Azərbaycan neftinin qiyməti yenidən 50 dolları ötdü

Azərbaycan neftinin qiyməti yenidən 50 dolları ötdü backend

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb. Nyu-Yorkun NYMEX (“NewYorkMercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 1,32 dollar bahalaşaraq 49,26 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,14 dollar artaraq 49,20 dollar olub.


AzərTAc xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,53 dollar bahalaşaraq 50,36 dollar təşkil edib.