Savçenko Ukraynaya qaytarılır

Savçenko Ukraynaya qaytarılır backend

Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenko bir neçə saat Moskvadan Rostov şəhərinə aparılacaq. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Savçenko Ukraynaya qaytarılır. Ukrayna prezidenti Pyotr Poroşenko artıq Savçenkonu Kiyevə gətirmək üçün Rostova xüsusi təyyarə də göndərib.

Məlumata görə, Savçenko Ukraynada əsirlikdə olan iki rus zabiti - Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevlə dəyişdiriləcək.

Xatırladaq ki, 35 yaşlı N. Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq Rusiyaya aparılıb. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunur. O, 22 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.