450-dən çox yazıçı, o cümlədən məşhur Stiven Kinq milyarder Donald Trampın ABŞ prezidenti postuna namizədliyinə qarşı onlayn-petisiya imzalayıblar. Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, yazıçılar Mark Slauka və Endrü Altşul “İPetitions” saytında petisiya yerləşdiriblər. Məqsəd 10 min imza toplamaqdır. Hələlik petisiyaya 6220 nəfər qoşulub.
“Nə var-dövlət, nə də şöhrət insanı ABŞ adından danışmağa, ölkənin ordusuna rəhbərlik etməyə, onun tərəfdaşlarını dəstəkləməyə və vətəndaşlarını təmsil etməyə öyrətmir”, - petisiyanın mətnində belə deyilir.ABŞ-da 450-dən çox yazıçı Trampın namizədliyinə qarşı çıxıb

