PKK Türkiyədə daha bir partlayış törətdi: 5 hərbçi öldü, 3-ü yaralandı

PKK Türkiyədə daha bir partlayış törətdi: 5 hərbçi öldü, 3-ü yaralandı backend

Türkiyənin Van əyalətinin Çaldıran rayonunda PKK terrorçularının törətdiyi partlayış nəticəsində 5 hərbçi həlak olub, üçü yaralanıb.

Qaziler.az bildirir ki, APA-nn verdiyi xəbərə görə, yol kənarına quraşdırılan kustar üsulla hazırlanmış partlayıcı qurğu hərbi maşın keçən an işə salınıb.

İnsidentin baş verdiyi ərazidə hazırda Hərbi-Hava Qüvvələrinin dəstəyi ilə terrorçuların müəyyən olunaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilir.