ATƏT Parlament Assambleyasının Ukraynadakı böhranın həlli ilə bağlı Bakı Qrupunun yaradılması baş tutmayıb.
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavni Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, qərar verildiyi vaxtdan xeyli müddət keçməsinə və məsələnin dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, bu mexanizmin işə düşməsi alınmayıb.B. Muradova deyib ki, qrupun yaradılmasına qərar verildikdən sonra ATƏT PA-nın rəhbəri dəyişib və yeni rəhbərlik mexanizmin işə düşməsi üçün qəti addım atmayıb: “Qurumun son sessiyasında biz bu məsələni yenidən gündəmə gətirdik və qərarın həyata keçirilməsini istədik. Lakin reaksiya verilmədi və beləliklə, Bakı Qrupu yaradılmadı”.
Qeyd edək ki, ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay sessiyasında Ukrayna böhranının həlli ilə bağlı Bakı Qrupunun yaradılması barədə qərar qəbul olunmuşdu.