Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Binali Yıldırım və baş nazir Əhməd Davudoğlu arasında görüş olub.
Qaziler.az bildirir ki, APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, görüş təxminən saat yarım davam edib.Baş nazirlik qaynaqlarından alınan məlumata görə, görüş zamanı təhvil-təslimdən öncə hökumətin ümumi işi və davam edən proseslər üzərində məsləhətləşmələr aparılıb.
Görüşün ardından Binali Yıldırım AKP-nın baş qərargahına yollanıb.