Ərdoğan yeni hökuməti qurmağı Binali Yıldırıma tapşırıb

Ərdoğan yeni hökuməti qurmağı Binali Yıldırıma tapşırıb backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri Binali Yıldırımı qəbul edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan yeni, 65-ci hökuməti qurmağı Binali Yıldırıma tapşırıb.

Bu gün AKP-nin II fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib.