Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunu qəbul edib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş yarım saat davam edib.Prezident Ərdoğan Əhməd Davudoğlunun istefasını qəbul edib. Bununla belə, Ə.Davudoğlu yeni hökumətin tərkibi formalaşdırılana qədər vəzifəsinin icrasına davam edəcək.