Polşa Prezidenti Andrey Duda ölkə ərazisindəki “xarici dövlətlərin qoşunlarının hərəkəti və dislokasiyasının əsasları barədə Qanun”a dəyişikliyi təsdiq edib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu dəyişiklik kritik vəziyyətlərdə NATO qoşunlarının sürətli reaksiya göstərməsinə imkan verir.Həmçinin sülh dövründə xarici qoşunların (əsasən NATO və AB – red.) Polşa ordusunu gücləndirməsinə şərait yaradılacaq.
Qanuna görə, bəzi hallarda xarici qüvvələrə Polşa ordusunun səlahiyyətləri qədər imkanlar veriləcək.
Qeyd edək ki, Polşa bu yay NATO-nun tamhüquqlu üzvü olmağı planlaşdırır. İyulun 8-9-da Polşada NATO-nun sammiti baş tutacaq.