Dünyanın ən qocaman olimpiya çempionu vəfat etdi

Dünyanın ən qocaman olimpiya çempionu vəfat etdi backend

Budapeştdə anadan olmuş Şandor Tariks Olimpiya oyunlarının qızıl medalını 1936-cı ildə su polosu üzrə yarışlarda qazanmışdı. Virtualaz.org Macarıstanın «24» portalına istinadən xəbər verir ki, Berlin Oplimpiadasının şempionu 102 yaşında dünyasını dəyişib. Bu xəbəri Şandor Tariksin qızı verib.


1949-cu ildə Tariks ABŞ-a köşüb. Burada o memarlıq və mühəndisliklə məşğul olub.

O, dünyada ən qocaman olimpiya çempionu və İkinci Dünya müharibəsindən əvvəl keçirilmiş Olimpiadaların yeganə canlı iştirakçısı idi.