Qazaxıstan polisi hökumət əleyhinə nümayişi dağıdıb

Qazaxıstan polisi hökumət əleyhinə nümayişi dağıdıb backend

Qazaxıstanın ən böyük şəhəri olan Almatıda hökumət əleyhinə başlamış nümayiş polisin müdaxiləsi ilə dağıdılıb. Virtualaz.org “Reuters” agentliyinə istinadən xəbər verir ki. onlarla nümayişçi həbs edilib, şəhərin baş meydanı güc strukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.


Kənd təsərrüfatı torpaqlarının özəlləşdirilməsi barədə aprel ayında qəbul edilmiş qərara etirazını bildirən nümayişçilər ölkənin bütün böyük şəhərlərində etiraz aksiyalarının keçirilməsinə çağırmışdılar.