Qazaxıstan polisi Rusiya jurnalistlərini saxlayıb

Qazaxıstan polisi Rusiya jurnalistlərini saxlayıb backend

Qazaxıstanın paytaxtı Astanada Rusiyanın aparıcı informasiya agentliklərinin jurnalistləri polis tərəfindən saxlanılıb. "İnterfax" agentliyinin məlumatına görə, saxlanılanlar arasında "Interfax-Qazaxıstan", RİA "Novosti", TASS agentliklərinin və "Russia Today" telekanalının jurnalistləri olub.


KİV nümayəndələri 1 saat sonra sərbəst buraxılıb. "Bizə sənədlərimizi qaytardılar, lakin nə saxlanma səbəblərini izah etdilər, nə də üzr istədilər", - deyə jurnalistlərdən biri qeyd edib.

Bildirilir ki, jurnalistlər Astananın "Bayterek" monumenti yaxınlığında keçirilməsi nəzərdə tutulan razılaşdırılmamış mitinqi işıqlandırmaq niyyətində olub. Mitinq ölkədə Torpaq Məcəlləsinə edilən dəyişikliklərə həsr edilibmiş.