İraqda nümayişçilər baş nazirin iqamətgahını ələ keçirdilər

İraqda nümayişçilər baş nazirin iqamətgahını ələ keçirdilər backend

İraqın paytaxtı Bağdad şəhərində ölkədə tüğyan edən korrupsiyaya qarşı çıxan nümayişçilər baş nazir Heydər əl-Abadinin iş iqamətgahına daxil ola biliblər.

Qaziler.az Virtualaz.org-a istinadən bildirir ki, bu xəbəri TASS agentliyi verib.

Məlumata görə, güc strukturlarının əməkdaşlarının atəş açmasına baxmayaraq, üsyançılar «yaşıl zona»ya — Bağdadın dövlət idarələri və diplomatik missiyaların yerləşdiyi hissəsinə daxil olublar.

Daha əvvəl verilmiş xəbərə əsasən, Bağdadda nümayişin dağıdılması üçün açılmış atəş nəticəsində üz nəfər həlak olub.