Davudoğlu baş nazir kimi son dəfə Ərdoğanla görüşüb

Davudoğlu baş nazir kimi son dəfə Ərdoğanla görüşüb backend

Türkiyə baş naziri Əhməd Davudoğlu hazırda prezident Rəcəb Tayyib Ərdoğanla vida görüşü keçirir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Ərdoğanla görüşmək üçün prezident sarayına gedib. Görüş mətbuata qapalı olaraq keçir.

Qeyd edək ki, Ə. Davudoğlu AKP-nin sədri vəzifəsindən istefa edib. Mayın 22-də partiyanın keçiriləcək fövqəladə qurultayında isə baş nazir vəzifəsindən istefa verəcək.

Bu gün AKP özünə yeni sədr və baş nazir postuna namizədi olaraq nəqliyyat naziri Binəli Yıldırımı seçib.