Polşada Rusiyaya casusluq etməkdə şübhəli bilinən partiya lideri həbs olunub

Polşada Rusiyaya casusluq etməkdə şübhəli bilinən partiya lideri həbs olunub backend

Polşada Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən “Smena” (“Dəyişmə”) partiyasının lideri Mateuş Piskorski həbs olunub.

Qaziler.az bildirir ki, APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Piskorski partiyanın ofisində və partiya üzvlərinin evlərində keçirilən axtarışların nəticəsində həbs olunub.

Polşanın rəsmi qurumları Mateuş Piskorskinin həbs olunduğunu təsdiqləyib.

Yerli mətbuat “Smena”nın Polşada ABŞ əleyhinə çıxış edən yeganə partiya olduğunu bildirir. Məlumata görə, partiya Kreml yönümlü mövqedən çıxış etdiyinə görə daim tənqid obyekti olub.