Monteneqro NATO-ya qəbul edilib

Monteneqro NATO-ya qəbul edilib backend

Monteneqronun NATO-ya daxil olması haqda protokol imzalanıb.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, bu haqda UNİAN məlumat yayıb.
Protokolu NATO-nun rəhbərləri və Alyansa üzv dövlətlərin xarici işlər nazirləri imzalayıblar.
Sənəd quruma üzv dövlətlərin parlamentlərində təsdiqləndikdən sonra Monteneqro NATO-nun 29-cu üzvü olacaq.
"Müttəfiqlərimiz protokolu təsdiqlədikdən sonra Monteneqro Vaşinqton müqaviləsinə qoşulmağa dəvət ediləcək və Alyansın 29-cu üzvü olacaq", - deyə NATO-nun baş katibi Yens Stoltenberq təntənəli mərasimdə çıxışı zamanı vurğulayıb.