“Ermənistan nüvə qaçaqmalçılığı ilə məşğul olur“ - gürcü mediası

“Ermənistan nüvə qaçaqmalçılığı ilə məşğul olur“ - gürcü mediası backend

Adjara PS qəzetində Nüvə və radioaktiv materialların qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması barədə faktlar dərc olunub. Batumi şəhərindəki Baş Konsulluğundan Lent.az-a verilən məlumata görə, Acaristan Muxtar Respublikasinin nüfuzlu “Adjara P.S.” qəzetinin 23-24 (753) saylı 17 may 2016-cı il tarixli tirajında “SOS - nüvə və radioaktiv materiallarının satışı faktları nəyə görə tez-tez baş verir” başlığı altında gürcü dilində geniş məqalə dərc olunub.


Məqalədə, nüvə radioaktiv materialların qaçaqmalçılıqda Ermənistanın xüsusi rol oynaması o cümlədən, 1999-2016-cı illər ərzində Ermənilərin iştirakı ilə pisniyyətli məqsədlərlə yüksək miqdarda nüvə və radioaktiv materialların satışı hadisələrinin aşkar olunması faktları qeyd edilib. Bu kimi halların bəşəriyyət üçün yüksək təhlükə yaratması barədə gürcü oxuyucularının diqqətinə ətraflı şəkildə çatdırılıb.