Türkiyədə hərbçiləri daşıyan avtomobillərin keçidi zamanı terrorçular tərəfindən törədilən partlayış nəticəsində 4 əsgər şəhid olub.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Hakkari əyalətinin Şəmdinli rayonunda baş verib.Terror aktı İraqla sərhəddə yerləşən Aktütün və Beyyurdu kəndləri arasında törədilib.
Məlumata görə, partlayış nəticəsində 4-ü ağır olmaqla, 9 hərbçi yaralanıb.