Dünya İnsani Zirvəsinə 5-6 min insanın qatılacağı gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın məlumat verib.
Onun sözlərinə görə, Zirvəyə 60-a yaxın dövlət və hökumət başçısı qatılacaq.Ankara rəsmi liderler arasında ikili görüşlərin keçiriləcəyini deyib.
Xatırladaq ki, tarixdə ilk dəfə keçiriləcək Dünya İnsani Zirvəsi (DİZ) 23-24 may tarixlərində İstanbulda baş tutacaq. DİZ mövcud qlobal problemlərin, xüsusi ilə insani problemlərin qabardılması, bu sahədə əməkdaşlığın artırılması məqsədi ilə təşkil olunub.