Britaniya Ukrayna əsgərlərinə təlim keçməyə başladı

Britaniya Ukrayna əsgərlərinə təlim keçməyə başladı backend

Böyük Britaniya Silahlı Qüvvələrinin zabitləri Ukrayna hərbçilərinə təlim keçməyə başlayıb. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, hazırda 35 britaniyalı hərbi təlimatçı Nikolayev vilayəti ərazisində Ukrayna əsgərlərinə təlim keçir.

Ukraynaya hərbi təlimatçıların və müşavirlərin göndərilməsi barədə qərarı ötən həftə Britaniyanın baş naziri Devid Kemeron elan edib. O bildirib ki, Britaniya hərbçiləri piyadaların döyüşdə iştirakı, kəşfiyyat, logistika və hərbi tibb sahələrində təcrübələrini Ukrayna əsgərləri ilə bölüşəcək. Təlimlər 2 ay davam edəcək. Yaxın həftələrdə Ukraynaya britaniyalı zabitlərin növbəti qrupunun gəlişi gözlənilir. Ümumilikdə onların sayı 75 nəfər olacaq.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama da Ukraynaya hərbi təlimatçıların göndərilməsi barədə qərar qəbul edib. Amerikalı zabitlər Ukrayna Milli Qvardiyasının 780 əsgərinə təlim keçəcək.
Diaspora