Türkiyə Suriyada yerüstü hərbi əməliyyatlara başlamağı planlaşdırmır.
Qaziler.az bildirir ki, bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.Qeyd olunub ki, Türkiyə İŞİD terror təşkilatına qarşı beynəlxalq koalisiyanın bir hissəsidir və bütün əməliyyatlar yalnız koalisiya çərçivəsində aparılır.
XİN-dən bildiriblər ki, Türkiyə İŞİD ilə mübarizə çərçivəsində beynəlxalq koalisiyaya özünün İncirlik hərbi aviabazasını təqdim edib: "Türkiyə Silahlı Qüvvələri ölkəmizin ərazilərinə açılan atəşlərə cavab olaraq, İŞİD döyüşçülərinin mövqelərinə dəqiq zərbələr endirir".
Həmçinin qeyd olunub ki, İŞİD nəinki Türkiyə, bütün region üçün təhdiddir.



